ELF Sağlamlıq Mərkəzi

Sağlamlığa kompleks yanaşan mərkəz. Ağrı və gərginliklə yaşamaqdan yorulanlar üçün — dərmansız, iynəsiz və elmi əsaslı yanaşma ilə.

2021 Fəaliyyətə başlayıb
2 Filial — Bakı və Sumqayıt
100+ Bir yay tətilində skolioz və kifozdan azad olan şagird
10 Günlük intensiv proqramla gözlə görünən dəyişiklik

Biz kimik

ELF Center — osteopatiya, fizioterapiya və reabilitasiya üzrə ixtisaslaşmış sağlamlıq mərkəzidir. Mərkəz 2021-ci ildə Bakıda, Rəşid Behbudov küçəsində fəaliyyətə başlayıb. Bu gün iki filialımız var: Bakı və Sumqayıt.

Mərkəzin direktoru Dr. Elfanə Süleymanova — terapevt-osteopat və bütüncül (integrativ) tibb həkimidir. Azərbaycanın ilk osteopatlarından biridir.

Nə ilə fərqlənirik

  • Səbəbə fokuslanırıq. Osteopatiya bədəni vahid sistem kimi görür. Ağrının hiss olunduğu yer çox vaxt problemin qaynaqlandığı yer deyil.
  • Kompleks yanaşma. Osteopatiya, fizioterapiya, reabilitasiya və müalicəvi masaj bir yerdə işləyəndə nəticə daha tez və daha qalıcı olur.
  • Fərdi plan. Hər insanın problemi fərqlidir — ona görə reabilitasiya proqramı da hər kəs üçün eyni ola bilməz.
  • Tibb təhsilli osteopatlar. Mərkəzdəki bütün osteopatik həkimlər ali tibb təhsilinə malikdir və ixtisaslaşmış osteopatik məktəblərdə təlim keçib.
  • Daimi inkişaf. Mütəxəssislərimiz beynəlxalq təlimlərdə iştirak edir və Alman Osteopatiya Akademiyasının tələbələridir.

Mərkəzimizi xüsusi edən

Mərkəzimizi xüsusi edən nə avadanlıqlardır, nə də divarlar — onu xüsusi edən pasiyentlərimizdir. Bəzən sağalma yalnız müalicədən ibarət olmur: sakit mühit, gülərüz kollektiv və özünüzü rahat hiss etdiyiniz atmosfer də özünü daha yaxşı hiss etməyə kömək edir.

Qayğı həkim qəbulundan əvvəl başlayır — qarşılamaqdan, sualları cavablandırmaqdan və hər addımda dəstək olmaqdan.

Təhsil və tədris

ELF Center yalnız müalicə mərkəzi deyil. Burada Alman Osteopatiya Akademiyasının Azərbaycan filialı fəaliyyət göstərir, Skolioz Akademiyası işləyir və Azərbaycan Tibb Universiteti ilə Azərbaycan İdman Akademiyasının tələbələri üçün praktika proqramları keçirilir.

Almaniya, Belçika, Böyük Britaniya və İrandan gələn beynəlxalq mütəxəssislər mərkəzimizdə təlimlər aparır.

Əməkdaşlıqlarımız

Tərəfdaşlar

Medicom

Ortopedik məhsullar və reabilitasiya vasitələrinin təmini. Əməkdaşlıq çərçivəsində 6–9 yaşlı uşaqlar üçün ödənişsiz ayaq müayinəsi kampaniyası keçirilib.

Alman Osteopatiya Akademiyası

Osteopathie Schule Deutschland (OSD) akademiyasının Azərbaycandakı rəsmi tədris mərkəzi.

Azərbaycan İdman Akademiyası

Son kurs tələbələri üçün klinik praktika proqramı.

Azərbaycan Tibb Universiteti

Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin tələbələri üçün görüş və praktika.

Güvən Dayə Xidməti

«Sağlam Yaşlanmada Hərəkətin Rolu» maarifləndirici təlim proqramında birgə iştirak.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.