Mətbuat, təlimlər və əməkdaşlıqlar

ELF Center yalnız müalicə mərkəzi deyil — burada beynəlxalq təlimlər keçirilir, tələbələr praktika alır və osteopatiya sahəsi Azərbaycanda inkişaf etdirilir.

Mətbuat

Mətbuatda

Son Xəbər · 11 sentyabr 2022

Osteopat-terapevt Elfanə Süleymanova ATU tələbələri üçün görüş keçirdi

Azərbaycan Tibb Universitetinin Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin 22 tələbəsi ELF Health Center-də görüş keçirdi. Dr. Elfanə Süleymanova görüşlərin davamlı olacağını və növbəti görüşlərdə tələbələrin prosedurları müşahidə etmək imkanı qazanacağını bildirdi.

Mənbəyə keç

Televiziya verilişləri

Dr. Elfanə Süleymanova onurğa sağlamlığı və skolioz mövzusunda televiziya proqramlarında qonaq olub. Yazılışlar YouTube kanalında arxivləşdirilib.

  • «Həkim işi» — Onurğa sütunu problemlərində osteopatiya
  • «Analar məktəbi» — Skolioz və digər qamət pozulmaları
  • «Antivirus» — Onurğa sütunu xəstəlikləri
Yazılışlara bax
Mükafat

Tanınma

Peşəkar həkim-osteopat mükafatı

Woman Global Awards

Azərbaycanda təşkil olunan, 20-dən çox ölkədən iştirakçının qatıldığı tədbirdə

Rəsmi qonaqlar

Millət vəkili Tənzilə Rüstəmxanlı mərkəzimizi ziyarət edərək göstərilən xidmətlərlə tanış olub və peşəkar yanaşmadan məmnunluğunu bildirib.

Beynəlxalq təlimlər

ELF Center-də keçirilən təlimlər

Almaniya, Belçika, Böyük Britaniya və İrandan gələn mütəxəssislər mərkəzimizdə həkim və fizioterapevtlər üçün təlimlər aparıb.

«Skolioz müalicəsində osteopatik texnikalar»

MSc Osteopat D.O. Michel Puylaert

Alman Osteopatiya Məktəbi (Belçika/Almaniya)

Bakıda ilk dəfə. Skoliozun kök səbəblərini izah edən və müalicə üsullarını öyrədən 3 günlük təlim.

Visseral osteopatiya

Michel Puylaert

Alman Osteopatiya Məktəbi

«Visseral osteopatiya bədənə dərin baxış bucağı təqdim edir. Bu sahədə nəzəri biliklər və praktiki bacarıqlar arasında balans yaratmaq vacibdir.»

«Fassiyalar»

Beate Ziegenhain

Almaniya

Alman Osteopatiya Məktəbinin Azərbaycandakı ilk dərsi — fasiya nədir, strukturlar arasında əlaqə və fiziki stressin fasiya toxumasına təsiri.

Dry Needling — Basic Level

Dr. Mohammad Javaherian

Beynəlxalq sertifikatlı lektor · JOMT Education

Türkiyə, Almaniya, İsveçrə, Hindistan, İran və Omanda 50-dən çox kurs təcrübəsi; 1200-dən çox fizioterapevtə manual terapiya və quru iynələmə tədris edib. Kursun sonunda beynəlxalq sertifikat verilir.

Çiyin zədələnmələri üzrə elmi-praktik təlim

Prof. Mike Lusemoure (Maykl Luzmor)

University College London, Böyük Britaniya

İdman tibbində çiyin ağrıları, diaqnostika və reabilitasiya. Sonda ISEH CPD sertifikatı verilir. Məkan: Azərbaycan İdman Akademiyası.

Klinik posturologiya

Ankara osteopatiya kursu

Posturologiya bədən qaməti haqqında elmdir. Klinik posturologiya bütün orqanların bir-biri ilə funksional əlaqəsini və posturaya təsirini öyrədir.

Əməkdaşlıq

Tərəfdaşlarımız

Medicom

@medicom.az

Ortopedik məhsullar və reabilitasiya vasitələrinin təmini. Əməkdaşlıq çərçivəsində 6–9 yaşlı uşaqlar üçün ödənişsiz ayaq müayinəsi kampaniyası keçirilib.

Alman Osteopatiya Akademiyası

@osteopathy.academy.az

Osteopathie Schule Deutschland (OSD) akademiyasının Azərbaycandakı rəsmi tədris mərkəzi.

Azərbaycan İdman Akademiyası

Son kurs tələbələri üçün klinik praktika proqramı.

Azərbaycan Tibb Universiteti

Fizioterapiya və Tibbi Reabilitasiya fakültəsinin tələbələri üçün görüş və praktika.

Güvən Dayə Xidməti

«Sağlam Yaşlanmada Hərəkətin Rolu» maarifləndirici təlim proqramında birgə iştirak.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.