Donmuş çiyin sindromu (frozen shoulder)
Donmuş çiyin sindromu gündəlik hərəkətləri belə çətinləşdirir. Pasiyentlərimiz müraciət edərkən saçını daraya bilmir, qolunu qaldırarkən çiyində güclü ağrı hiss edir və hərəkət məhdudiyyəti yaşayır.
Müalicə planına osteopatiya, reabilitasiya məşqləri, fizioterapiya, tibbi masaj və iynə terapiyası daxil edilir. Bu yanaşmaların birlikdə tətbiqi sayəsində ağrılar qısa müddətdə azalır və çiyin hərəkətliliyi bərpa olunur.
Rotator cuff sindromu
Bu sindrom çiyin oynağını hərəkətdə saxlayan əzələ və vətərlərin zədələnməsi ilə yaranır. Xüsusilə uzun müddət kompüter qarşısında işləyənlərdə, idmançılarda və ağırlıq qaldıranlarda rast gəlinir.
- Çiyində ağrı, xüsusilə gecələr
- Əl yuxarı qalxdıqda ağrı və zəiflik
- Geyinmək, daraqla saç düzəltmək kimi sadə hərəkətlərdə çətinlik
Çiyin sıxışması sindromu (impingement)
Osteopatik terapiya ilə oynaq və fasiyaların bloklanması açılır, fizioterapiya və dartıcı məşqlərlə çiyin-onurğa balansı bərpa olunur, proprioseptiv məşqlərlə hərəkət diapazonu artırılır.
Tətbiq etdiyimiz üsullar
Osteopatiya
Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…
Fizioterapiya
Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.
Quru iynələmə (Dry Needling)
Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.
Müalicəvi masaj
Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.
Proloterapiya və PRP
Zədələnmiş bağ və vətərlərin bərpası üçün regenerativ müalicə üsulu.