Onurğa və qamət

Boyun ağrısı və «telefon boynu»

Uzun müddət başı aşağı əymək boyun əzələlərinə böyük yük yaradır və zamanla ağrıya səbəb olur.

Boyun gərginliyi hər zaman yalnız xəstəliklə bağlı olmur. Bəzən səbəb gündəlik vərdişlərimizdə gizlənir: yanlış yuxu mövqeyi, uzun müddət telefona baxmaq, düzgün olmayan oturuş.

Zamanla bu gərginlik sinirləri sıxaraq baş ağrısı, yuxusuzluq, qol keyiməsi və hətta görmə problemlərinə yol aça bilər.

Boyun ağrısına səbəb olan hallar

  • Degenerativ disk xəstəliyi
  • Boyun dartınması və travmaları (whiplash)
  • Disk yırtığı və ya sinir sıxışması
  • Atlas (birinci boyun fəqərəsi) üzərində artmış yük
  • Sternocleidomastoid (SCM) əzələsində gərginlik
  • Kondisionerin yaratdığı ani temperatur dəyişikliyi

Boyun xırçıldatmağın zərərləri

  • Oynaqların və qığırdaq toxumasının aşınması, uzunmüddətdə artroz riski
  • Sinirlərin sıxılması — ağrı, keyləşmə, hərəkət məhdudiyyəti
  • Boyundakı iri damarların sıxılması — başgicəllənmə, insult riski
  • Ligamentlərin zədələnməsi və boyun sabitliyinin pozulması

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Quru iynələmə (Dry Needling)

Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

Graston terapiyası

Xüsusi metal alətlərlə dərin toxumalara təsir edən fasiya terapiyası.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.