Onurğa və qamət

Fəqərəarası disk yırtığı (qrıja)

Əməliyyat həmişə lazım deyil. Əksər hallarda disk yırtığı əməliyyatsız müalicə oluna bilər.

Disk yırtığı osteopatik müalicə üçün göstərişdir. Sinirlərin kəskin sıxılması və ekstruziya istisna olmaqla, digər hallarda osteopatiya uğurla tətbiq oluna bilər.

Yırtığın yaranma mexanizmləri

  • Qeyri-adekvat uzunmüddətli və ya stres yüklənmələri — oturaq həyat tərzi, uzun müddət maşın sürmək, ağırlıq qaldırmaq
  • Artıq çəki — bütün oynaqlarda, o cümlədən onurğada xroniki stress
  • Onurğanın təbii tarazlığını pozan xəsarətlər və əməliyyatlar
  • Daxili orqanların normal fəaliyyətinin pozulması — əzələ, bağ və sümüklərdə degenerativ dəyişikliklər
  • Anadangəlmə xüsusiyyətlər

Nə vaxt əməliyyat mütləqdir?

  • Ekstruziya — yırtığın qopması və kanal daxilinə doğru yerdəyişməsi
  • Sinir köklərinin kəskin sıxılması (yırtığın ölçüsündən asılı olmayaraq)
  • Spinal kanalın daralması və kompressiya

Yerdə qalan bütün hallarda fəqərəarası disk yırtığı əməliyyatsız müalicə oluna bilər.

Yırtığın ölçüsü azalırmı?

Düzgün müalicə və reabilitasiya alan pasiyentlərin çoxunda yırtığın ölçüləri azala bilər. Adətən ağrıların kəskin dövründə müalicənin məqsədi sinir sıxılmasının və iltihabın aradan qaldırılmasıdır; ölçünün azalması isə adətən 6–12 aydan tez baş vermir.

Əlamətlər

  • Ayağa vuran ağrılar
  • Keyimə və yanma hissi
  • Oturub-durmaqda çətinlik
  • Hərəkət etdikcə artan ağrı
  • Səhər oyanarkən biləklərdə uyuşma

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Proloterapiya və PRP

Zədələnmiş bağ və vətərlərin bərpası üçün regenerativ müalicə üsulu.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Quru iynələmə (Dry Needling)

Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.

Reabilitasiya

Bacarıqların bərpası — itirilmiş və ya məhdudlaşmış funksional imkanların geri qaytarılmasına yönəlmiş komplek…

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.