Onurğa və qamət

Skolioz

Onurğa sütununun yana əyilməsi. Hər 5 məktəblidən 3-ündə rast gəlinir.

Normal onurğa sütununda fəqərələr öndən və arxadan baxıldıqda düz bir xətt üzərində uzanır. Skolioz bu xəttin sağa və ya sola əyilməsi ilə xarakterizə olunan deformasiyadır və «S» ya da «C» formasını alır.

Onurğa əyri olduqda fəqərələr fırlanır. Bu, döş hissəsində olarsa qabırğa qabarıqlığı, bel-oma nahiyəsində isə asimmetriya ilə nəticələnə bilər. Əyrilik döş qəfəsinin həcmini azaldır.

Skoliozun 4 əsas növü

  • Seqmentar skolioz — onurğanın yalnız bir seqmenti əyilir, qalan hissə düz qalır
  • Dorsal skolioz — ən çox yayılmış tip; onurğa kürəyə tərəf sağa və ya sola əyilir, fəqərələrin fırlanması ilə müşayiət olunur
  • Lordozlu skolioz — əyrilik bel nahiyəsində, qarın istiqamətində qabarıqlıq şəklində
  • Kifozlu skolioz — əyrilik döş nahiyəsində, kürəyin bel istiqamətində qabarıqlığı şəklində

Səbəbləri

  • Genetik meyillilik
  • Səhv duruş — uzun müddət düzgün olmayan pozada oturmaq
  • Doğuş travmaları (o cümlədən keysəriyyə zamanı) və sonrakı onurğa zədələnmələri
  • Qeyri-müntəzəm boy artımı — yetkinlik dövründə sümüklərin qeyri-bərabər böyüməsi
  • Ağır və düzgün daşınmayan məktəbli çantası

Vaxtında müalicə edilməsə

  • Ağciyər həcminin azalması və toxumalarda xroniki oksigen çatışmazlığı
  • Kiçik qan dövranı çevrəsində təzyiqin artması
  • Döş qəfəsində ağrılar və təngnəfəslik
  • Böyrəklərin işinin pozulması
  • Onurğa beyni kökcüklərinin sıxılması
  • Çanaq orqanlarının funksiyasının pozulması

Bizim yanaşmamız

Skoliozlu pasiyentə vahid orqanizm kimi yanaşılmalıdır. Müalicənin məqsədi zahiri cəhətdən qamətin düzgün quruluşunun qaytarılması ilə yanaşı, daxili orqanların işinin də bərpasıdır. Osteopatiya + fizioterapiya + reabilitasiya + müalicəvi masaj birlikdə tətbiq olunur.

Osteopatiya ilə skolioz necə müalicə olunur?

  • Fasiyaların sərbəstləşdirilməsi — toxuma gərginliyi azaldılaraq balans bərpa olunur
  • Onurğanın mobilizasiyası — hərəkət məhdudiyyətləri aradan qaldırılır
  • Duruşun korreksiyası — manual texnikalarla onurğa və əzələ balansı təmin edilir
  • Tənəffüs diafraqmasının tənzimlənməsi
  • Holistik yanaşma — problemin kökü araşdırılır

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Şrot (Schroth) terapiyası

Skoliozun müalicəsində istifadə olunan xüsusi nəfəs və duruş terapiyası.

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

Fizioterapiya

Hər ağrı eyni olmur — ona görə hər pasiyentin müalicəsi də eyni olmamalıdır.

Onurğa və postur analizi

Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.