Dərəcəyə görə qruplar
Uşaqlar əvvəlcə müayinədən keçir, sonra skolioz dərəcələrinə uyğun qruplara bölünür. Hər qrupda 6–8 uşaq olur.
16 yaşa qədər uşaqlar üçün qrup şəklində reabilitasiya proqramı.
Uşaqlar əvvəlcə müayinədən keçir, sonra skolioz dərəcələrinə uyğun qruplara bölünür. Hər qrupda 6–8 uşaq olur.
Dərəcə ölçmək üçün hər dəfə rentgen istifadə olunmur — skoliozmetr tətbiq edilir.
Məşqlər reabilitoloq və fizioterapist nəzarəti altında keçirilir.
Proqram təkcə məşqdən ibarət deyil — müalicəvi masaj da daxildir.
Saatlar və günlər uşağa uyğunlaşdırılır. Hər dərs 45 dəqiqə çəkir.
Qrup şəklində məşqlər uşaqlara həm motivasiya verir, həm də mütəxəssis nəzarəti altında düzgün hərəkət etməyi öyrədir.
Qrup şəklində reabilitasiya məşqləri uşaqlara həm motivasiya verir, həm də mütəxəssis nəzarəti altında düzgün hərəkət etməyi öyrədir. Bu prosesdə məqsəd onurğa ətrafı əzələləri gücləndirmək, duruş balansını yaxşılaşdırmaq və hərəkət sistemini dəstəkləməkdir.
Skolioz dərəcələrini ölçmək üçün hər dəfə rentgen istifadə olunmur — bunun əvəzinə skoliozmetr tətbiq edilir. Bu, xüsusilə böyümə dövründə olan uşaqlarda təkrar şüalanmanın qarşısını alır.
Skolioz — asimmetrik çanaq və qanad skapula (scapula winging)
10 seans: elektroterapiya, müalicəvi masaj, reabilitasiya
Skolioz — boyunda gərginlik qaynaqlı tiklər
10 seans: elektroterapiya, masaj, reabilitasiya və 2 dəfəli osteopatiya
Skolioz — asimmetrik çanaq və kürək sümükləri, estetik görünüş problemi
10 seans: müalicəvi bədən tərbiyəsi, masaj, fizioterapiya
1-ci dərəcəli skolioz
15 seans: masaj, reabilitasiya, fizioterapiya
S-vari skolioz
15 seans: masaj, reabilitasiya, fizioterapiya
Skolioz — qamət pozulması
15 seans reabilitasiya
Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.