Mərkəzimizdə müxtəlif fizioterapiya aparatlarından istifadə olunur və hansı aparatın uyğun olacağı pasiyentin vəziyyətinə görə seçilir. Bütün prosedurlar təcrübəli fizioterapevtlərin nəzarəti altında həyata keçirilir.
İstifadə etdiyimiz aparat terapiyaları
- TENS — transkutan elektrik sinir stimulyasiyası
- İnterferens terapiya — iki fərqli cərəyanın kəsişməsi ilə dərin toxumalara təsir
- Ultrasəs (ultrason) terapiyası
- Maqnitoterapiya — elektromaqnit sahə terapiyası
- Miostimulyasiya və elektrostimulyasiya
- Elektroforez
- Şok dalğa terapiyası
- Chattanooga aparatı
- Buz terapiyası
- İnversiya masası
Fizioterapiyanın məqsədi sadəcə ağrını azaltmaq deyil — əzələlərin funksiyasını bərpa etmək və pasiyentin gündəlik həyatına, eləcə də idmana təhlükəsiz şəkildə qayıtmasına kömək etməkdir.
Hansı hallarda müraciət etmək olar?
- Kəskin və xroniki ağrılar
- İltihabi proseslər
- Əzələ spazmı və atrofiya
- Travma sonrası bərpa
- Oynaq xəstəlikləri