Ənənəvi müalicə üsulları

Hirudoterapiya (zəli müalicəsi)

Zəli ilə müalicə — qan dövranını gücləndirir, bədənin öz bərpa proseslərini aktivləşdirir.

Zəli terapiyası qan dövranını gücləndirir, bədənin özünü bərpa proseslərini aktivləşdirir və iltihabları azaldır. Bədəndəki durğunluğu aradan qaldırır, toxumaların qidalanmasını və enerji balansını bərpa etməyə kömək edir.

Üstünlükləri

Zəlinin ağız suyunda olan oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır.

Zəli insult və infarktın profilaktik üsullarından biri sayılır. Varikoz xəstəliyi, bir sıra ginekoloji xəstəliklər (mioma, endometrioz, yumurtalıq kistaları), hipertoniya xəstəliyi zamanı uğurla istifadə olunur. Bir çox dəri xəstəliyinin (trofik xoralar, psoriaz, ekzema, sklerodermiya) müalicəsində də təsirlidir.

Kosmetik tətbiq

Zəlinin fermentləri ilə üz dərisi cavanlaşır, qidalanır, daha təravətli olur və təbii yolla liftinq effekti yaranır. Xüsusilə yağlı dərilər üçün uyğundur — dəri altı səpkiləri azaldır, kiçik mimik qırışları aradan qaldırır.

Hansı hallarda müraciət etmək olar?

  • Varikoz
  • Hipertoniya
  • Ginekoloji problemlər
  • Osteoxondroz
  • Revmatoid poliartrit
  • Dəri xəstəlikləri

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.