Osteopatiya 140 il əvvəl Amerikada formalaşıb və bu gün Avropa ölkələrində geniş tətbiq olunur. Bu üsulun əsasında üç prinsip dayanır: orqanizmin bütövlüyü, struktur ilə funksiya arasındakı sıx əlaqə və bədənin öz-özünü sağaltma qabiliyyəti.
Osteopat nə edir?
Bir çox insan düşünür ki, osteopat sadəcə masaj edir. Əslində belə deyil. Osteopat əvvəlcə bədəni bütöv şəkildə yoxlayır və ağrının haradan gəldiyini tapmağa çalışır. Bəzən ağrı boyunda olur, amma səbəb çiyində, kürəkdə, çanaqda və ya daxili orqanlarda ola bilər.
Əllə edilən yumşaq üsullarla gərgin əzələlər rahatladılır, oynaqların hərəkəti bərpa olunur və bədənin normal işləməsinə şərait yaradılır. Osteopat sümüklərlə deyil — əzələlər, fasyalar və sinir sistemi ilə işləyir. Gərginlik aradan qalxdıqda fəqərələr özləri təbii hərəkətinə qayıdır.
Qəbulun mərhələləri
- Anamnezin toplanması — şikayətlər, ağrının başlama vaxtı, həyat tərzi
- Vertikal müayinə — duruş, simmetriya, bədən balansı ayaqüstə qiymətləndirilir
- Horizontal müayinə — uzanıqlı vəziyyətdə əzələ bloklarının və gərginlik zonalarının aşkarlanması
- Lazım olduqda əlavə instrumental və ya laborator müayinələrə yönləndirmə
- Diaqnozun qoyulması və fərdi müalicə planının hazırlanması
- Planın pasiyentlə razılaşdırılması və tətbiqi
Seansdan sonra nə hiss olunur?
Osteopatik müalicə bədənin özünü sağaltma prosesini başladır. İlk seansdan sonra bədən iki cür reaksiya verə bilər: yüngüllük və rahatlama, yaxud yorğunluq, yüngül ağrılar, bəzən temperatur artımı. Hər iki reaksiya normaldır və adətən 2–3 gün ərzində keçib gedir.
Hansı hallarda müraciət etmək olar?
- Bel, boyun, kürək və çiyin ağrıları
- Fəqərəarası disk yırtığı və protruziya
- Skolioz, kifoz, lordoz, duruş pozuntuları
- Baş ağrıları və miqren
- Oynaq ağrıları, artroz
- Daxili orqan funksiya pozuntuları
- Hamiləlik dövrü ağrıları
- Körpə və uşaqlarda inkişaf məsələləri