Masaj terapiyaları

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

Müalicəvi masaj hüceyrəarası mayenin mobilizasiyası, ödemlərin azaldılması, yerli qan dövranının sürətləndirilməsi, ağrının aradan qaldırılması, əzələ qısalığının və bitişmələrin (spaykaların) aradan qaldırılması üçün uğurla tətbiq olunur.

Mərkəzimizdə tətbiq olunan masaj növləri

  • Terapevtik (tibbi) masaj
  • Uşaq masajı
  • Rahatlaşdırıcı masaj
  • Antistress masajı
  • Estetik və modelləşdirici masaj
  • Antisellülit masajı
  • İdman masajı
  • Kupa (banka) masajı
  • Visseral masaj
  • Limfodrenaj masajı
  • Fasiya masajı
  • Üz, boyun və ayaq masajı

Skoliozda masajın rolu

Masaj skolioz zamanı əzələlərdə yaranan gərginliyi azaldır, qan dövranını yaxşılaşdırır və ağrıları yüngülləşdirir. Lakin unutmayın: masaj tək başına əyilmiş onurğanı düzəltmir. Skoliozun müalicəsində kompleks yanaşma vacibdir — osteopatiya, fizioterapiya, düzgün idman hərəkətləri və mütəxəssis nəzarəti.

Hansı hallarda müraciət etmək olar?

  • Əzələ ağrıları və spazmlar
  • Miogelozlar
  • Yuxusuzluq və daimi yorğunluq
  • Skolioz və kifoz (kompleks daxilində)
  • Ödem

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.