Baş, üz və çənə

Miqren və baş ağrıları

Baş ağrısı xəstəlik deyil — orqanizmdə bir şeylərin düzgün getmədiyini göstərən «həyəcan» siqnalıdır.

Vəziyyəti təsəvvür edin: təhlükəsizlik məntəqəsi binalardan birində icazə verilən temperaturun aşıldığı barədə siqnal alır. Bu vəziyyətlə necə davranmaq lazımdır — xoşagəlməz səsi söndürməyə çalışmaq, yoxsa yanğınsöndürən götürüb hadisə yerinə qaçmaq? Eyni şey baş ağrılarına da aiddir.

Miqren təkcə baş ağrısı deyil

  • Güclü, çox vaxt birtərəfli baş ağrısı
  • İşığa, səsə və qoxulara həssaslıq
  • Bulantı, qusma və yorğunluq
  • Boyun, çiyin və baş əzələlərində yığılan gərginlik

Baş ağrılarının səbəbləri

  • Boyun və kəllə sümüklərində gərginlik
  • Qan dövranı və limfa axınının pozulması
  • Sinir sistemində disbalans
  • Stress və əzələ sıxılmaları
  • Sternocleidomastoid (SCM) əzələsindəki gərginlik
  • Yanlış duruş və əzələ yorğunluğu

Osteopatik yanaşmanın üstünlüyü

  • Kəllə daxili və servikal gərginliyi azaldır
  • Qan və limfa dövranını yaxşılaşdırır
  • Sinir sistemini balanslaşdırır
  • Ağrıkəsicilərdən asılılığı aradan qaldırır
  • Qısa müddətli müalicə — bəzən 1–3 seans kifayət edir

Evdə nə etmək olar?

  • Kəllə sümüyünün arxa hissəsində (ensə nahiyəsində) yumşaq dairəvi masaj
  • Dərin nəfəs alıb-vermə məşqləri
  • Boyun əzələlərini yüngül dartmaq və rahatlamaq
  • Bol su içmək

Tətbiq etdiyimiz üsullar

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Akupunktura

Bədənin xüsusi aktiv nöqtələrinə nazik iynələrlə təsir — Çin təbabətinin müasir tibbdə qəbul olunmuş metodu.

Müalicəvi masaj

Kompleks müalicənin bir hissəsi olmaqla yanaşı, tək halda da tətbiq olunan tibbi prosedur.

TENS terapiyası

Transkutan elektrik sinir stimulyasiyası — dərmansız ağrı idarəetməsi.

Quru iynələmə (Dry Needling)

Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.