İynə terapiyaları

Quru iynələmə (Dry Needling)

Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəfə yönəlmiş müdaxilə.

Quru iynələmə əzələ spazmlarını aradan qaldırmaq, ağrını azaltmaq və hərəkət qabiliyyətini artırmaq üçün istifadə olunan effektiv müalicə üsuludur. Əzələ düyünlərini hədəfləyərək qan dövranını yaxşılaşdırır, toxuma bərpasını sürətləndirir və orqanizmin özünü sağaltma prosesini aktivləşdirir.

Nazik, sapşəkilli iynə vasitəsilə dəri, fasiya, əzələ və liqamentlərə nüfuz edilir — bu da sinir və əzələ əlaqələrini balanslayır.

Faydaları

  • Xroniki və kəskin əzələ ağrılarının azaldılması
  • Boyun, bel, kürək və çiyin ağrılarında effekt
  • Baş ağrıları və miqrenə dəstək
  • İdman zədələrindən sonra reabilitasiya
  • Duruş pozuntularında əzələ balansının bərpası

Hansı hallarda müraciət etmək olar?

  • Trigger nöqtələr
  • Boyun və çiyin gərginliyi
  • Qulunc ağrıları
  • Xroniki əzələ spazmı

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.