Diaqnostika

So-Check (Oligoscan) hüceyrədaxili analiz

Qan götürmədən, iynəsiz, bir neçə dəqiqəyə orqanizmin mineral, vitamin və ağır metal balansı.

So-Check (Oligoscan) — Fransa istehsalı, spektrofotometrik üsulla işləyən diaqnostika cihazıdır. Spektral fotometriya üsulu 1930-cu illərdən tanınır və Nobel mükafatına layiq görülüb.

Nə ölçülür?

  • Vitamin balansı — A, C, E, D3, B6, B12, B9 və B qrupu
  • Mineral və mikroelementlər — kalsium, maqnezium, sink, selen, dəmir və s.
  • Ağır metallar — civə, qurğuşun, kadmium və digərləri
  • Mineral nisbətləri — kalsium/maqnezium, kalium/natrium balansı
  • Oksidləşdirici stress səviyyəsi
  • Detoks göstəriciləri
  • Qan dövranı, sinir sistemi və hormonal balans haqqında funksional məlumatlar

Necə aparılır?

Ovucun 4 nöqtəsinin analizi toxumalarda mineral və mikroelementlərin konsentrasiyası, oksidləşdirici stressin səviyyəsi haqqında məlumat verir və maddələr mübadiləsini qiymətləndirməyə imkan yaradır. Analiz tamamilə qeyri-invaziv və ağrısızdır, nəticə bir neçə dəqiqəyə hazır olur.

Bu diaqnostika nə verir?

  • Ağır metallarla intoksikasiyanın dərəcəsi və orqanizmin onları eliminasiya qabiliyyəti
  • Mineral balansının kəmiyyət nisbəti, defisit və ya artıqlıq
  • Oksidləşdirici stressin səviyyəsi və antioksidləşdirici status
  • Regenerativ potensialın qiymətləndirilməsi
  • Xroniki xəstəliklərə (şəkərli diabet, allergiya) meyillik dərəcəsi

Analiz nəticələri əsasında həkim tərəfindən ətraflı izah və tövsiyələr verilir, ümumi vəziyyət qiymətləndirilərək fərdi yanaşma planı təqdim olunur.

Hansı hallarda müraciət etmək olar?

  • Xroniki yorğunluq və halsızlıq
  • Vitamin-mineral çatışmazlığı
  • Saç tökülməsi və dəri problemləri
  • Detoks planlaması
  • Uşaqlarda immunitet və konsentrasiya problemləri

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.