Bəzən həkim üçün ilk ipucu MRT deyil, sizin duruşunuz olur. Postur analizi zamanı çiyin, çanaq və onurğadakı asimmetriya aşkarlanır, bədənin kompensasiya etdiyi nöqtələr müəyyən edilir.
Analizə nələr daxildir?
- Onurğa və postur qiymətləndirməsi
- Əzələ balansının ölçülməsi
- Çiyin və çanaq simmetriyasının yoxlanması
- Ayaq uzunluğu fərqinin təyini
- Ayaq biləyində pronasiya/supinasiya qiymətləndirməsi
- Ağrının səbəbinin müəyyənləşdirilməsi
Skoliozmetr
Skolioz dərəcələrini izləmək üçün hər dəfə rentgendən istifadə etmirik — bunun əvəzinə skoliozmetr tətbiq olunur. Bu, xüsusilə uşaqlarda təkrar şüalanmanın qarşısını alır.
Klinik posturologiya
Posturologiya bədən qaməti haqqında elmdir. Klinik posturologiya isə bütün orqanların bir-biri ilə funksional əlaqəsini və posturaya təsirini öyrədir.
Hansı hallarda müraciət etmək olar?
- Skolioz izlənməsi
- Duruş pozuntuları
- Ayaq uzunluğu fərqi
- Çanaq asimmetriyası