Qadın sağlamlığı

Abdominoplastikadan sonra osteopatiyanın faydaları

Qarın gərmə əməliyyatı ciddi müdaxilədir — düzgün bərpa prosesi çox önəmlidir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib
  • Limfa və qan dövranının yaxşılaşdırılması. Osteopatik manipulyasiyalar limfa axınını stimullaşdıraraq əməliyyat sonrası toxumalarda ödemin azalmasına kömək edir.
  • Qarın nahiyəsindəki gərginliyin azaldılması. Əməliyyatdan sonra toxuma və əzələlərdə yaranan gərginlik yumşaldılır.
  • Fasiyaların sağlamlığının bərpası. Abdominoplastika zamanı fasiyalar manipulyasiyaya məruz qalır; osteopatiya onların elastikliyini bərpa edir.
  • Ağrının yüngülləşdirilməsi. Əzələ və bağlardakı gərginlik hədəflənir.
  • Postural balansın təkmilləşdirilməsi. Qarın əzələlərindəki dəyişikliklər duruşa təsir edə bilər.
  • Sinir sisteminin sakitləşdirilməsi. Əməliyyat sonrası stress və bədən gərginliyi azalır.

Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.