Qadın sağlamlığı

Hamiləlikdə bel ağrıları ilə necə mübarizə aparmaq olar?

Dərman içmək olmaz, çox vaxt reabilitasiya da məsləhət görülmür. Bəs çıxış yolu nədir?

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Hamiləlik dövründə bədənin sürətlə dəyişməsi qadınlarda müxtəlif narahatlıqlara və ağrılara səbəb ola bilər. Bu mərhələdə osteopatiya təhlükəsiz və ağrısız terapiya kimi çox faydalıdır.

Osteopatiyanın hamiləlik zamanı faydaları

  • Ağrısız hərəkət üçün dəstək. Çəkinin artması və hormonların təsiri ilə oynaq və əzələlərdə gərginlik yarana bilər. Osteopatik texnikalar bu gərginliyi azaldır.
  • Daha rahat nəfəs alma. Bətnin böyüməsi ilə qarın boşluğuna təzyiq artır. Osteopatiya diafraqmanın sərbəst hərəkət etməsini təmin edir.
  • Çanaq və bel bölgəsi üçün balans. Hamiləliyin son mərhələlərində yaranan ağrıların qarşısını almaqda effektivdir.
  • Qan dövranının yaxşılaşması. Ayaqlarda şişkinlik və ağırlıq hissini azaldır.

Bu yanaşma həm ananı, həm də körpəni qoruyur. Bel, çanaq və belin aşağı hissəsində yaranan narahatlıqları görməzlikdən gəlməyin.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.