Orqanizmimizdə hərəkəti təmin etməklə bir çox degenerativ, yəni dağıdıcı xəstəliyin qarşısını ala bilərik. Əks halda sonu «-oz» la bitən xəstəliklər artacaq: artroz, osteoxondroz və s.
Yürüş — ən sadə başlanğıc
Əgər heç bir idman edə bilmirsinizsə, mütləq yürüş edin. Yürüş zamanı nəfəs alıb-verməni düzgün etdikdə beyniniz daha çox oksigenlə qidalanır, qarın boşluğundakı orqanlar aktivləşir, həzm sistemi stimullaşır və stress azalır.
İmmunitet və hərəkət
Fiziki aktivlik zamanı əzələ və fasiyalarınız aktiv hərəkət edərək qan və limfa dövranını hərəkətə gətirir. Əsas immun hüceyrələrin limfa sistemində olduğunu nəzərə alsaq, virus infeksiyalarından qorunmanın ən effektiv üsullarından birinin fiziki aktivlik olduğunu görərsiniz.