Onurğa və qamət

Skolioz nədir və niyə yaranır?

Onurğa sütununun sağa və ya sola əyilməsi ilə xarakterizə olunan deformasiya — «S» ya da «C» formasında.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Sağlam bir bədəndə onurğa sütunu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4–5 büzdüm olmaqla 33–34 fəqərədən ibarətdir və bir-birlərinə bağlar, oynaqlar və disklərlə bağlanır.

Normal onurğada fəqərələr öndən və arxadan baxıldıqda yuxarıdan aşağıya düz bir xətt üzərində uzanır. Yandan isə boyunda önə, döşdə arxaya, beldə önə, omada isə arxaya doğru normal əyriliyə malikdir.

Skolioz bu düz xəttin sağa və ya sola əyilməsidir. Onurğa əyri olduqda fəqərələr fırlanır və bu, döş hissəsində qabırğa qabarıqlığı, bel-oma nahiyəsində isə asimmetriya ilə nəticələnə bilər.

Skoliozun səbəbləri

  • Genetik meyillilik. Bəzi insanlar irsi amillərdən dolayı skolioza daha çox məruz qalırlar.
  • Səhv duruş. Düzgün olmayan pozada uzun müddət oturmaq və ya kürəyin düzgün saxlanılmaması.
  • Travmalar. Yenidoğulmuşlarda doğum və ya keysəriyyə zamanı yaranan travmalar, həmçinin sonradan baş vermiş onurğa zədələnmələri.
  • Qeyri-müntəzəm boy artımı. Yetkinlik yaşında sürətli boy artımı, sümüklərin qeyri-bərabər böyüməsi.

Skoliozun başlanğıcı daha erkən ola bilər

Skoliozun əsl başlanğıcı körpənin ana bətnində olduğu dövrlərə təsadüf edə bilər. Dölün uzun müddət qeyri-normal vəziyyətdə qalması (köndələn vəziyyət, sağrı gəlişi, sürətləndirilmiş doğuşlar, doğuş yollarında ləngimə), südlə əmizdirmə zamanı körpənin düzgün tutulmaması, körpənin iməkləmədən yeriməyə başlaması — bunlar skoliozun ilk risk faktorlarıdır.

Bu vəziyyətlərdə ənsə sümüyü, gicgah sümüyü, birinci boyun fəqərəsi, oma və çanaq sümüklərində sümükdaxili patoloji gərginliklər yaranır. Sümüklər böyüməyə başladıqda bu gərginlik nahiyələri sümüyün quruluşunda deformasiyalara səbəb olur.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.