Kinezoteyp dərinin üzərinə yapışdırılan elastik bantdır. Onun əsas funksiyası əzələləri və oynaqları dəstəkləmək, ağrını azaltmaq və qan dövranını yaxşılaşdırmaqdır.
Teypin təsir mexanizmi belədir: dərini bir qədər qaldıraraq altındakı toxumalarda qan və limfa axınını stimullaşdırır. Bu da bərpa prosesini sürətləndirir.
Necə istifadə olunur?
Teyp 5 gün ərzində dəridə qalır. Sonra 2 gün fasilə verilir və lazım olarsa yenidən tətbiq olunur. Bu dövrlü istifadə həm dəriyə, həm də əzələlərə istirahət imkanı verir.
Hansı hallarda müraciət etmək olar?
- Diz travmaları və artrit
- Menisk zədələri
- Bağ gərilmələri
- Valgus deformasiyası
- İdman zədələri