Reabilitasiya və müalicəvi idman

Reabilitasiya

Bacarıqların bərpası — itirilmiş və ya məhdudlaşmış funksional imkanların geri qaytarılmasına yönəlmiş kompleks müalicə metodları.

Reabilitasiya insanda anadangəlmə və ya sonradan yaranmış qalıcı və ya keçici çatışmazlıqların, tamamilə itirilmiş, bəzən də limitlənmiş funksional bacarıqların bərpasına yönəldilmiş kompleks müalicə metodlarının tətbiqidir.

Reabilitasiya prosesi standart prosedurların tətbiqi deyil — hər bir pasiyentə individual yanaşma tələb edir. Fiziki çatışmazlığı mümkün qədər aradan qaldırmaq, xəstəni öz fiziki imkanları daxilində fəaliyyətə təşviq etmək əsas məqsədlərdir.

Skoliozun müalicəsində reabilitasiya fəqərələrin stabilləşməsinə və əzələ karkasının möhkəmlənməsinə xidmət edir. Hər pasiyentə individual olaraq seçilən texnikalar tətbiq olunur.

Bərpa prosesində 4 əsas səhv

  • Passiv gözləmə — «keçər» deyib heç nə etməmək
  • Ağrının itməsini müalicənin sonu saymaq
  • Köhnə vərdişlərə qayıtmaq
  • Kompleks yanaşmadan uzaq durmaq

Hansı hallarda müraciət etmək olar?

  • Skolioz, kifoz, lordoz
  • Travma və əməliyyat sonrası bərpa
  • İnsult sonrası parez
  • Əzələ zəifliyi və atrofiya
  • İdman zədələri
  • Sınıq sonrası kontraktura

Bu üsulun tətbiq olunduğu problemlər

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.