Şrot terapiyası — skoliozun (onurğa əyriliyinin) müalicəsində istifadə olunan xüsusi nəfəs və duruş terapiyasıdır. Bu metodda pasiyent bədənini üç istiqamətdə korreksiya edərək asimmetriyanı azaldır, duruşu düzəldir və dərin nəfəs mexanikasını bərpa edir.
Məşqlər onurğanın əyriliyinə uyğun fərdi seçilir. Uşaq məşqləri düzgün nəfəs və bədən mövqeyi ilə yerinə yetirir. Məqsəd — qaməti düzəltməyə və onurğanı daha düzgün vəziyyətdə saxlamağa kömək etməkdir.
Terapiya həm uşaqlarda, həm də böyüklərdə tətbiq olunur. Osteopatiya, fizioterapiya və reabilitasiya ilə birlikdə kompleks yanaşma daha sürətli və sabit nəticə verir.
Hansı hallarda müraciət etmək olar?
- Skolioz
- Kifoz
- Duruş asimmetriyası
- Qabırğa qabarıqlığı