Uşaq sağlamlığı

Yastıayaqlıq (yastıpəncəlik)

Ayaq qövsünün itməsi. Sadəcə ayaq problemi deyil — bədənin ümumi balansının pozulmasıdır.

Yastıayaqlıq ayaq tağının düzgün formalaşmaması nəticəsində yaranır. Vaxtında müdaxilə edilmədikdə duruş pozğunluqlarına, diz və bel ağrılarına, hətta skoliozа səbəb ola bilər.

Müraciət edən pasiyentlərdə rastlaşdığımız nüanslar

  • 2–5 yaşa qədər yastıayaqlıq diaqnozu təyin olunmur, çünki o yaşlarda ayaq tağı hələ formalaşmaqda davam edir
  • Yastıayaqlıq olduğunu düşünüb müraciət edən pasiyentlərin 60%-də bud displaziyası və ya çanaq disfunksiyası rast gəlinir
  • Doğuş travması valgus deformasiyasını yarada bilər
  • Həzm sistemi problemləri yastıayaqlıqda vacib rol oynayır

Ortopedik ayaqqabı və supinator haqqında

Ortopedik ayaqqabı ilk növbədə tibbi ayaqqabıdır. Onun konstruksiyası ayaqda, baldırda və ya buddakı patoloji dəyişikliklər nəzərə alınaraq hazırlanır və yalnız həkim tərəfindən, ətraflı müayinədən sonra sifarişlə təyin olunur.

Kiçik uşaqlarda supinatorun təzyiq etdiyi yerdə massiv yağ yastığı yerləşir. Medial qövsü formalaşdıran sümük hələ sümükləşməyib və qığırdaqdan ibarətdir — buna görə supinatorun qövsün formalaşmasına təsir etdiyini düşünmək düzgün deyil.

Elmi tədqiqat

Uşaqlarda yastıayaqlılıqla bağlı tədqiqat University College London, ISEH və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramı çərçivəsində aparılıb. Tədqiqatda 35-dən çox uşaq iştirak edib.

Tətbiq etdiyimiz üsullar

Footscan ayaq analizi

Yastıayaqlıq və ayaq deformasiyalarının aparatla dəqiq qiymətləndirilməsi.

Osteopatiya

Əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində əl ilə işləyən müalicə üs…

Müalicəvi bədən tərbiyəsi (MBT)

Təkcə müalicə kifayət etmir — hərəkət də vacibdir. Ən yaxşı nəticə davamlı məşqlə əldə olunur.

Uşaq masajı

Gərgin və qısalmış əzələ qruplarını normallaşdırır, immunitetə müsbət təsir göstərir.

Onurğa və postur analizi

Bədənin necə dayandığı, hərəkət etdiyi və yükü necə payladığı bir çox funksional dəyişiklik haqqında məlumat v…

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.