Əslində yox. Bu üsullar bir-birinə bənzəyə bilər, amma nəzəri əsasları, göstərişləri və təsir prinsipləri fərqlidir.
Akupunktura
Çin təbabətindən gələn üsuldur. Bədəndəki enerji kanallarının (meridianların) balansını bərpa etməyə yönəlib. Bioloji aktiv nöqtələrə iynə, lazer və ya elektrik ilə təsir edilir.
Dry Needling (quru iynələmə)
Müasir qərb fizioterapiyasından gələn üsuldur. Əzələ daxilindəki gərginlik nöqtələrinə (trigger point) hədəflənir. Nazik iynə vasitəsilə dəri, fasiya, əzələ və liqamentlərə nüfuz edilir — bu, sinir və əzələ əlaqələrini balanslayır.
Akupressura
İynəsiz üsuldur — eyni bioloji aktiv nöqtələrə barmaqla təzyiq tətbiq olunur.