Osteopatiya bədənin əzələ-skelet sistemi, daxili orqanlar, onurğa, sinir sistemi və qan dövranı üzərində işləməyi və onların davamlı sağlam fəaliyyət göstərməsini təmin etmək üçün əl ilə tətbiq olunan prosedurdur. 140 il əvvəl Amerikada formalaşan bu müalicə üsulu bu gün Amerikada və Avropa ölkələrində geniş şəkildə tətbiq olunur.
Üç əsas prinsip
- Orqanizmin bütövlüyü. Osteopatiya orqanizmin vəhdət şəklində işlədiyini və bütün toxumaların bir-birinə bağlı olduğunu vurğulayır. Bir nahiyədəki problem digərinə təsir edə bilər, buna görə osteopatlar bədəni bütöv şəkildə müalicə edirlər.
- Struktur və funksiya əlaqəsi. Bədənin quruluşu (skelet, əzələlər, bağlar) ilə funksiyası (hərəkət, qan dövranı, sinir sistemi) arasında sıx əlaqə var. Struktur pozğunluqlar funksional problemlərə səbəb ola bilər.
- Bədənin öz-özünə müalicə qabiliyyəti. Osteopatlar manual texnikalarla bu təbii sağalma mexanizmlərini dəstəkləyir və təşviq edirlər.
Niyə məhz osteopatiya?
- Ziyansızdır
- Nəticəni çox vaxt həmin an hiss edirsiniz
- Həyat keyfiyyətinizi artırır
- Xəstəliklər yaranmadan onların qarşısını alır
- Bir çox ağır sintetik dərman qəbulundan sizi azad edir
- İstənilən yaşda tətbiq oluna bilər — yenidoğulmuşdan yaşlılara qədər
- Yuxu pozulması, əsəbilik və stress vəziyyətlərində kömək edir
- Disk yırtığı və artroz kimi problemlərin cərrahiyyəsiz müalicəsinə şərait yaradır
Osteopatiya hansı hallarda istifadə olunur?
Onurğa xəstəliklərində, tarazlıq və duruş pozuqluqlarında, çiyin, bel, çanaq və digər oynaqlardakı funksiyaların bərpasında, mexaniki bel ağrısı və başqa problemlərin müalicəsində. Müalicənin müddəti və seans sayı fərdi olaraq dəyişir.
Osteopatiya müalicəsindən sonra şikayətin təkrar olunma ehtimalı azdır, çünki prosedur zamanı birbaşa problemin qaynaqlandığı səbəbə fokuslanılır və həmin səbəb aradan qaldırılır.