Osteopatiya haqqında

Osteopat nə edir? Əlini bədəndə saxlayaraq nə axtarır?

Bir çox insan düşünür ki, osteopat sadəcə masaj edir. Əslində belə deyil.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Osteopat əvvəlcə bədəni yoxlayır və ağrının haradan gəldiyini tapmağa çalışır. Bəzən ağrı boyunda olur, amma səbəb çiyində, kürəkdə və ya onurğada ola bilər.

Əllə edilən yumşaq üsullarla gərgin əzələlər rahatladılır, oynaqların hərəkəti yaxşılaşır və bədənin normal işləməsinə kömək edilir.

Osteopat həssas əlləri ilə nə edir?

Osteopatın həssas əlləri orqanizmdə olan problemli nahiyələri tapıb orqanları öz normal yerlərinə qaytarır. İncə və zərif toxunuşlardan ibarət texnikalarla orqanların tamlığı, qan və limfa dövranı, sinir innervasiyası bərpa olunur. Orqanizm özünü bərpa və regenerasiya sistemlərini işə salır və sağalır.

Osteopat digər həkimlərdən nə ilə fərqlənir?

Osteopat bədənin məntiqini «dinləyən» və onun qanunlarını nəzərə alaraq hərəkət edən həkimdir. Prosedur zamanı o həm əzələ və oynaqların işini tənzimləyir, həm daxili orqanların vəziyyətindəki dəyişiklikləri izləyir, həm mərkəzi sinir sisteminin işini lazımi məcraya yönəldir, həm də bərpaya mane olan stress vəziyyətlərinin aradan qalxmasına kömək edir.

Hər seans unikal yaradıcı prosesdir — həkim əlləri, başı və qəlbi ilə işləyir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.