Müalicə metodları

Hicama nədir və hansı xəstəliklərdə faydalıdır?

Hicama — hacamat, qanalma, küpə üsulu kimi müxtəlif adlarla tanınan, əsrlərdir tətbiq olunan üsul.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

«Hacamat» sözü ərəbcə sovurmaq (qanın sorulması) mənasındadır. Mənbələrə əsaslanaraq deyə bilərik ki, hələ Herodotun dövründən Hippokrat zamanlarına kimi insanlar bu müalicə üsulundan yararlanıb. Hələ o dövrlərdə baş ağrıları, kürək, boyun-bel ağrıları, ginekoloji problemlər, ağciyər xəstəlikləri, eləcə də yuxarı və aşağı ətraf patologiyaları zamanı hicama əsas tibbi metod olub.

Hicamanın faydaları

  • Qan hüceyrələri yenilənir
  • Qana müxtəlif yollarla qarışan toksinlər orqanizm tərəfindən təmizlənir
  • İmmun sistemini gücləndirir, bədənin müqavimətini artırır
  • Qan dövranını və maddələr mübadiləsini tənzimləyir
  • Arterial hipertenziyada müsbət təsir göstərir — hətta çox yüksək qan təzyiqini aşağı salır və effekt 2 həftədən bir neçə aya qədər saxlanılır
  • Qanın qatılığı 20–30% azalır — damarlarda trombların əmələ gəlmə riski xeyli azalır
  • Şəkərli diabetdə profilaktik təsir göstərir

Nə vaxt və nə qədər?

Mütəxəssislərin fikrincə, profilaktika məqsədilə ildə 4 dəfə, müalicə məqsədilə 15 gündən və ya 1–2 aydan bir prosedur edilir; həkim nəzarəti ilə fasilə verilir.

Hansı hallarda tətbiq edilir?

  • Baş, boyun, bel, diz, ayaq və digər sinir-əzələ ağrıları
  • Revmatoid artrit
  • Yüksək təzyiq (hipertoniya)
  • Ürək-damar xəstəlikləri
  • Şəkərli diabet
  • Psixoloji narahatlıqlar
  • Xroniki xəstəliklərin reabilitasiya dövrü
  • Dəri xəstəlikləri

Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.