Müalicə metodları

Zəli ilə müalicənin (hirudoterapiya) üstünlükləri

Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik üsullarından biri sayılır.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Zəlinin ağız suyunda olan oliqoraza fermenti varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır.

Hansı hallarda uğurla istifadə olunur?

  • Varikoz xəstəliyi
  • Ginekoloji xəstəliklər — mioma, endometrioz, yumurtalıq kistaları
  • Hipertoniya xəstəliyi
  • Boyun osteoxondrozu və onurğa sütununun bütün hissələrinin osteoxondrozu
  • Revmatizm və revmatoid poliartrit — həm ağrıları, həm də oynaqdakı şişkinliyi sürətlə azaldır
  • Dəri xəstəlikləri — trofik xoralar, psoriaz, ekzema, sklerodermiya

Zəli qoyulması skleroz kimi xəstəliklərin, həmçinin beyin damarlarının spazmının qarşısını alır, beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti itiləşdirir.

Kosmetik tətbiq

Zəlinin fermentləri ilə üz dərisi cavanlaşır, qidalanır, daha təravətli olur və təbii yolla liftinq effekti yaranır. Xüsusilə yağlı dərilər üçün uyğun metodlardan biridir — dəri altı səpkiləri azaldır (1–5 seansa), kiçik mimik qırışları aradan qaldırır.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.