Müalicə metodları

So-Check (Oligoscan) nədir və nə göstərir?

Qan götürmədən, iynəsiz, bir neçə dəqiqəyə hüceyrədaxili mineral, vitamin və ağır metal balansı.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

So-Check (Oligo-Scan) — Fransa istehsalı aparatdır. Spektral fotometriya üsulu 1930-cu illərdən tanınır və Nobel mükafatına layiq görülüb.

Necə işləyir?

Fotometr-skan kəmiyyət deyil, keyfiyyət təhlili üsuludur — vibrasiya rezonansını ölçür. Hər bir mineral və mikroelement xüsusi tezlik və rezonansa, işığı udma qabiliyyətinə malikdir. Skaner mineral və mikroelementlərin rənglərinin tam spektrini təhlil edib, dalğa uzunluğuna uyğun olaraq molekulların elektromaqnit şüalanmasının intensivliyini ölçür.

Ovucun 4 nöqtəsinin analizi toxumalarda mineral və mikroelementlərin konsentrasiyası, oksidləşdirici stressin səviyyəsi haqqında məlumat verir və maddələr mübadiləsini qiymətləndirməyə imkan verir.

Nə ölçülür?

  • 20-yə yaxın əsas mineral və mikroelement
  • 7 vacib vitamin (A, C, E, B6, B12, B9, D3)
  • 14–15 ağır metal (civə, qurğuşun, kadmium və s.)
  • Mineral balansları — kalsium/maqnezium, kalium/natrium
  • Oksidləşdirici stress səviyyəsi

Bu diaqnostika nə verir?

  • Ağır metallarla intoksikasiyanın dərəcəsi və orqanizmin onları eliminasiya qabiliyyəti
  • Mineral balansının kəmiyyət nisbəti, defisit və ya artıqlıq
  • Oksidləşdirici stressin və orqanizmin turşuluq dərəcəsi, antioksidləşdirici status
  • Regenerativ potensialın qiymətləndirilməsi
  • Xroniki xəstəliklərə (şəkərli diabet, allergiya) meyillik dərəcəsi

Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.