Uşaq sağlamlığı

Uşağı məktəbə hazırlayanda bədəni də hazırdırmı?

Dəftər, forma, çanta alırıq. Bəs gündə 4–5 saat oturmağa bədəni dözəcəkmi?

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Təəssüf ki, bir çox birinci sinif şagirdi artıq qışa yaxın bel və ayaq ağrılarından şikayət edir.

Məktəbə başlamazdan əvvəl dayaq-hərəkət sistemini yoxlatmaq vacibdir. Yay tətili uşağın sağlamlığına vaxt ayırmaq üçün ən yaxşı fürsətdir.

Valideynlərin ən çox müraciət etdiyi problemlər

  • Uşağın əyilmiş oturuşu
  • Çiyinlərin irəli getməsi
  • Ayaqların içəri dönməsi (valgus)
  • Duruş pozuntuları

Dərslər başlayandan sonra məktəblilər dərs və hazırlıqlarla yüklənirlər. Lakin böyüməkdə olan orqanizmin fiziki inkişafı çox vacibdir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.