Ağrı və bədən

Ağrıkəsicilərin uzunmüddətli istifadəsi nə ilə nəticələnir?

Dərman sadəcə səni «aldadır» — problem isə içəridə böyüməyə davam edir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Başınızda, belinizdə, boynunuzda tez-tez ağrılar olur və hər dəfəsində ağrıkəsicidən istifadə edirsiniz? Ağrıkəsicilərin uzun müddət və yanlış istifadəsi sağlamlığınız üçün ciddi təhlükələr yarada bilər.

  • Böyrək zədələnməsi. Xüsusilə yüksək doza və ya uzunmüddətli istifadədə bəzi ağrıkəsicilər böyrək funksiyalarının pozulması ilə nəticələnə bilər.
  • Qaraciyər zədələnməsi. Bir çox ağrıkəsici qaraciyərə mənfi təsir göstərə və uzunmüddətli istifadə zamanı qaraciyər zədələnmələrinə gətirib çıxara bilər.
  • Asılılıq. Bəzi yüksək dozalı ağrıkəsicilər xəstənin dərmandan asılı vəziyyətə düşməsinə səbəb ola bilər.
  • Mədə qanaxması. Ağrıkəsicilərin istifadəsi mədə yanması və qastritlə, yüksək dozalarda və mütəmadi qəbulda isə mədə qanaxması ilə nəticələnə bilər.

Mərkəzimizdə peşəkar terapevt və osteopatlar tərəfindən dərmansız müalicə üsulları tətbiq edilir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.