Zərərləri
- Oynaqların zədələnməsi. Tez-tez xırçıldatma boyun oynaqlarını və qığırdaq toxumasını aşındıra bilər; uzun müddətdə artroz riskini artırır.
- Sinir problemləri. Yanlış hərəkətlər sinirləri sıxa bilər — ağrı, keyləşmə və hərəkət məhdudiyyəti.
- Damar narahatlıqları. Boyundakı iri damarlar (xüsusilə onurğa arteriyası) sıxıldıqda qan dövranı pozula bilər. Bu, başgicəllənmə və hətta insult riskini artırır.
- Əzələ gərginliyi. Xırçıldatma əzələləri qeyri-təbii gərginliyə məruz qoyur — baş və boyun ağrısı ilə nəticələnə bilər.
- Zədələnmə riski. Yanlış hərəkətlər ligamentlərə zərər verərək boyunun sabitliyini poza bilər.
Kimlər boyunu xırçıldatmamalıdır?
- Yüksək təzyiqi olanlar — damar sıxılması riskini artırır
- Onurğa problemləri olanlar
- Əzələ spazmı və ya travma keçirmiş insanlar
Xırçıldatmadan rahatlama yolları
- Stretching hərəkətləri — sadə boyun uzatma və çevirmə
- İsti kompres — boyun nahiyəsinə isti dəsmal
- Peşəkar masaj və ya osteopatik müalicə
- Doğru duruş — uzun müddət oturarkən boynu düzgün vəziyyətdə saxlamaq
- Stress idarəsi — nəfəs məşqləri, yoga
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat