Ağrı və bədən

Stress keçir? Bəlkə də yox — bədənində qalır

Boyun, çiyin, bel ağrısı — bəzən səbəb psixoloji yox, bədənə yığılan stressdir.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Uzun müddət hiss etdiyiniz ağrılar, gərginlik, yorğunluq və nəfəs almaqda çətinlik «keçər» deyə düşündüyünüz şeylər ola bilər. Amma bədən hər şeyi yadda saxlayır və bir gün ağrı ilə cavab verir.

Stress bədəndə təkcə emosional yorğunluq yaratmır: boyunda sərtlik, çiyinlərdə gərginlik, dayaz nəfəs, asimmetriya, daimi halsızlıq — bədən bəzən bunlarla bizə siqnal verir. Çünki sinir sistemi uzun müddət yüklənəndə bədən artıq bunu gizlədə bilmir.

Bədən susur, amma yaddaşı danışır

Bəzən keçmişdə yaşadığınız bir hiss bu gün bədəninizdə ağrı kimi qayıdır. Boyun gərginliyi, dərin nəfəs ala bilməmək, çiyinlərdə ağırlıq… səbəbi fiziki deyil, emosional ola bilər.

Osteopatik toxunuş bu susmuş yaddaşı oyatmaq və səssiz blokları azad etmək üçün bir yoldur.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.