Ağrı ilə yanaşı müşahidə oluna bilər
- Oynağın qızarması
- Oynağın ödemi
- Oynaqda həssaslıq
- Oynağın isti olması
- Oynaqda hərəkətin məhdudlaşması
- Zəiflik
Artroz nədir?
Artroz — oynaqlarda qığırdağın nazilməsi və hərəkətin tədricən məhdudlaşmasıdır. Ağrı, sərtlik və hərəkət çətinliyi gündəlik həyatı çətinləşdirə bilər.
Osteopatiya yumşaq manual texnikalarla oynağın hərəkətliliyini artırır, ətraf əzələləri boşaldır və qan dövranını yaxşılaşdırır. Reabilitasiya isə güc, elastiklik və balans məşqləri ilə hərəkəti qoruyur.
Osteopatiya + reabilitasiya birlikdə ağrını yüngülləşdirir, oynaq üzərindəki yükü azaldır, gündəlik hərəkəti rahatlaşdırır və xəstəliyin gedişini ləngidir.
Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat