Uşaq sağlamlığı

Körpəniz hələ oturmursa, narahat olmayın

Hər uşağın inkişaf tempi fərqlidir. Amma masajla tələsdirmək düzgün deyil.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Bəzən valideynlər «başqalarının uşaqları oturur, mənimki niyə oturmur?» deyə təşvişə düşür. Unutmayın — oturmaq üçün təkcə skelet yox, əzələ və sinir sistemi də hazır olmalıdır.

Əgər bədən bu mərhələyə tam keçməyibsə, tələsdirmək və ya masajla məcbur etmək düzgün deyil. Adi masaj bu halda kömək etmir, çünki əsas məqsəd əzələləri sadəcə rahatlatmaq deyil — onları aktivləşdirmək və sinir sistemini dəstəkləməkdir.

Bunu isə uşaqlara uyğun xüsusi hərəkətlər və osteopatik yanaşmalarla etmək mümkündür. Mərkəzimizdə uşaqlar üçün fərdi yanaşma ilə hərəkət bacarıqlarının inkişafı, əzələ aktivləşməsi və osteopatik dəstək göstərilir.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.