Uşaq sağlamlığı

Yastıayaqlıq nədir və onu necə düzəltmək olar?

Uşağınızın ayaqları düz görünürsə, bu sağlamlıq göstəricisi deyil.

Müəllif: Dr. Elfanə Süleymanova Tibbi baxışdan keçib

Yastıayaqlıq ayaq tağının düzgün formalaşmaması nəticəsində yaranır və uşaqlarda çox yayğındır. Vaxtında müdaxilə olunmazsa, bel və diz ağrılarına, duruş pozğunluğuna, skolioza və fiziki inkişaf geriliyinə səbəb ola bilər.

Evdə sadə yoxlama

Uzanıqlı vəziyyətdə ayaq altında tağ (əyrilik) varsa, əmin ola bilərsiniz ki, sizdə həqiqi yastıayaqlıq yoxdur. Bu halda söhbət çanaq deformasiyası və əzələ zəifliyi ilə əlaqəli vəziyyətdən gedir.

Müraciət edən pasiyentlərdə rastlaşdığımız nüanslar

  • 2–5 yaşa qədər yastıayaqlıq diaqnozu təyin olunmur, çünki o yaşlarda ayaq tağı hələ formalaşmaqda davam edir
  • Yastıayaqlıq olduğunu düşünüb müraciət edən pasiyentlərin 60%-də bud displaziyası və ya çanaq disfunksiyası rast gəlinir
  • Doğuş travması valgus deformasiyasını yarada bilər
  • Həzm sistemi problemləri yastıayaqlıqda vacib rol oynayır

Yastıayaqlıq zəncirvari təsir yaradır

Yastıayaqlıq sadəcə ayaq problemi deyil, bədənin ümumi balansının pozulmasıdır. Ayaq qövsünün zəifləməsi diz, bel və boyun ağrılarına qədər uzanan zəncirvari təsir yaradır.


Ağrının harada olduğuna yox, haradan qaynaqlandığına baxırıq.
— Dr. Elfanə Süleymanova, Mərkəzin direktoru · Terapevt-osteopat

Ağrı ilə yaşamağa öyrəşməyin

Müayinədən sonra sizin üçün fərdi plan hazırlayırıq. Qəbullar yalnız öncədən qeydiyyatladır.